Adilə Aslanovanın kitabları oxuculara təqdim olundu – FOTO

Adilə Aslanovanın kitabları oxuculara təqdim olundu – FOTO

Hazırda oxunan: Adilə Aslanovanın kitabları oxuculara təqdim olundu – FOTO
251736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün lV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı-publisist Adilə Aslanovanın imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazıçının əsərlərini oxucular maraqla qarşılayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Təvəkkül Goruslunun yeni kitabının imza günü keçirildi - FOTO


Adilə Aslanova "Ləpələrin göz yaşı”, “Üşüyən şeirlər”, “Son görüş”, “Sənsən alınmaz qalam” kitablarının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Sənsən alınmaz qalam” şeirlər kitabı Təbrizdə çap olunub və kitab əski Azərbaycan əlifbası ilə yazılıb.

Yazıçı əsərlərində lirik və fəlsəfi janrlara müraciət edib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
 

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.


IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.

Adilə Aslanovanın kitabları oxuculara təqdim olundu – FOTO - foto 1
Adilə Aslanovanın kitabları oxuculara təqdim olundu – FOTO - foto 2
Adilə Aslanovanın kitabları oxuculara təqdim olundu – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO