Şəkidə “Baharın xilaskarları” adlı nağıl-tamaşa GÖSTƏRİLƏCƏK - FOTO

Şəkidə “Baharın xilaskarları” adlı nağıl-tamaşa GÖSTƏRİLƏCƏK - FOTO

Hazırda oxunan: Şəkidə “Baharın xilaskarları” adlı nağıl-tamaşa GÖSTƏRİLƏCƏK - FOTO

126047

Şəki Dövlət Dram Teatrı Novruz bayramı ərəfəsində və tətil günlərində uşaqlar üçün xüsusi proqram tərtib edib. 

Teatrın ədəbi-dram hissə rəhbəri Lalə Məmmədova Bizim.Media-nın yerli bürosuna bildirib ki, bayram günlərində uşaqlar tətilərini mənalı keçirmələri üçün “Baharın xilaskarları” adlı nağıl-tamaşa hazırlayıblar.

Müəllifləri Elvin Nuri və Hüseyn Hüseynli olan nağıl-tamaşada Bahar qızının xeyirxah dostlarının köməyi sayəsində şər qüvvələrin əlindən xilas edilməsindən bəhs edilir. 

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir. 

Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aydın Əlibalayev, Nərmin Nəbiyeva, Qurban Rəsulov, Rəşad Rüstəmov, Lalə Məmməd, İlkin Rüstəmov, Arzu Əmirxanqızı və digərləri ifa edirlər. 
Lalə Məmmədova onu da diqqətə çatdırıb ki, bayram günlərində Şəkiyə gələn digər balaca qonaqlar da bu fürsətdən yararlana bilər. Teatrda Novruz şənlikləri mart ayının 18-dən 26-dək davam edəcək.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO