"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

Hazırda oxunan: "Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

640724

Şairə Nazilə Səfərli paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, Xalq artisti Alim Qasımovun müğənni Pünhan Piriyevin toyu üçün 15 min manat qonorar istəməsinə münasibət bildirib. 

Nazilə sənətkarların belə bir məbləğ tələb etməsini normal sayıb:

“Ölkədə nə çox xanəndə, müğənni, sənət adamı var. Əksəriyyətinə də şərəf olar ki, bir neçə xalq artistlərimiz onların toyuna gəlsin. Oğlumun toyu ərəfəsində mən də istəmişdim.  Onların qonorar istəməsi çox normaldır. Sevilən sənətkarlar (sayca üç-beş) hamının toyuna pay gəlsə, nə ilə dolansınlar.

Bir neçə sənət nümayəndəsi var ki, onlar heç kimin toyuna ödənişsiz getmir. Düz də edir. Ali səviyyədə özlərinə əmək verən hər kəs öz dəyərini uca tutduğu üçün qınaq obyekti olmamalıdır. "Pulunu ver, şəkilini çəkdir" misalının tam yeridir. Arzular satılır”.

Qeyd edək ki, müğənni Pünhan Piriyev A.Qasımovu toyuna dəvət etdiyini, xanəndənin çıxış üçün 15 min manat istədiyini iddia edib. (Musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO