
- A-
- A
- A+
İdman
21:26 / 20.11.2026
1 dəq oxunma
Yeni rekord olacaq: Bütün biletlər satıldı
Hazırda oxunan: Yeni rekord olacaq: Bütün biletlər satıldı
648839
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb.
Bizim.Media xəbər verir ki, bu haqda "Kəpəz"in saytı məlumat yayıb.
Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda təşkil olunacaq matçda mövsümün yeni rekordunun qeydə alınacağını gözlənilir. Məlumata görə, hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb.
Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları qarşıdakı günlərdə bağlı olacaq.
Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşü noyabrın 22-də keçiriləcək və saat 17:00-da başlayacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































