“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.
O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.
Hazırda aparıcı istintaq nəzarətindədir, hələlik barəsində qərar verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl eyni məsələ ilə bağlı “AİD Group”un faktiki rəhbəri Samir Yəhyazadə həbs edilib. O, Nigar Fərhadın əridir.
Şirkətlə bağlı şikayətlərin sayı isə durmadan artır. Əksəriyyəti tələbə olan şikayətçilər xaricdə təhsil almaq üçün Nigara verdikləri pulu ala bilmədiklərini deyirlər.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
09:23 / 27.08.2026
Nigar Fərhad SAXLANILDI - VİDEO
Hazırda oxunan: Nigar Fərhad SAXLANILDI - VİDEO
Hazırda oxunan: Nigar Fərhad SAXLANILDI - VİDEO
633277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































