Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Hazırda oxunan: Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

632942

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy Aydının Kuşadası rayonunda verdiyi konsert zamanı tamaşaçı ilə mübahisə edib.

Bizim.Media xəbə verir ki, sənətçinin konsertə gec çıxmasına etiraz edən tamaşaçıya sərt cavab verdiyi anlar mobil telefonla lentə alınıb.

“Diva” ləqəbi ilə tanınan Bülent Ersoy konsert proqramı üçün Kuşadasına gəlib. Kuşadası Altın Güvercin Amfi Teatrında saat 21:00-da başlaması planlaşdırılan konsertin texniki problemlər və sənətçinin səhhətində yaranan narahatlıq səbəbindən təxminən 1 saat yarım gecikdiyi bildirilib.

Saat 22:30 radələrində səhnəyə çıxan Ersoya tamaşaçılardan biri etiraz edərək “Saat neçə oldu? Tamaşaçıya hörmət” deyə səslənib.

Bu sözlərdən sonra sənətçi tamaşaçıya sərt reaksiya verib. Ersoy gecikməyə görə səhhətində yaranan problemin səbəb olduğunu bildirib:

Siz hörmətdən nə anlayırsınız? Mən hörmətimdən çıxıb bura gəlmişəm. İnsanlar gəlib, ayıb olar deyə çıxmışam. Saat neçə olub, rədd ol, çıx get. Yaxşılıq yaramır. İnsanlıq yaramır. Birbaşa ‘mən çıxmıram’ deyəcəksən, məsələ də bitəcək. Çöldə beş həkim var.”

Ersoy daha sonra tamaşaçıya hörmətsizlik etmədiyini vurğulayaraq “Tamaşaçıya hörmət budur. Bu, tamaşaçıya hörmətsizlikdir?” deyə bildirib. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO