Meksikada Cey Lonun adını çəkdi - Polisdən xilas oldu

Meksikada Cey Lonun adını çəkdi - Polisdən xilas oldu

Hazırda oxunan: Meksikada Cey Lonun adını çəkdi - Polisdən xilas oldu

631372

Məşhur aktyor Metyu Makkonahi bir dəfə Meksikada gecə saatlarında polis tərəfindən saxlanıldıqda Cennifer Lopezin adının onu ciddi problemdən xilas etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 56 yaşlı aktyor bu əyləncəli əhvalatı Coş Horovitsin Happy Sad Confused podkastında danışıb.

Makkonahinin sözlərinə görə, o, ölkənin cənub bölgələrindən birinə bahalı pikapla gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Aktyor tezliklə hüquq-mühafizə orqanlarının diqqətini məhz iri avtomobilin sükanı arxasındakı “qrinqo”nun cəlb etdiyini anlayıb.

Əvvəlcə Makkonahi sadəcə pul kisəsini çıxarmağı düşünərək cəriməni ödəməyə hazırlaşıb. Lakin daha sonra peşəsinin ona verdiyi gözlənilməz üstünlükdən istifadə etmək qərarına gəlib.
 

O, polislərdən Cennifer Lopezi tanıyıb-tanımadıqlarını və 2001-ci ildə ekranlara çıxan, onun Lopezlə baş rolları paylaşdığı “The Wedding Planner” (“Toy planlayıcısı”) filminə baxıb-baxmadıqlarını soruşub.


Daha sonra isə aktyor polislərə: “Bəli, bəli, həmin adam mən idim”, - deyib.

Bu gediş dərhal nəticə verib. Ciddi polis yoxlaması qısa müddətdə aktyorla pərəstişkarlarının görüşünə çevrilib. Polis əməkdaşları Makkonahi ilə şəkil çəkdirib və nəticədə aktyoru heç bir cərimə tətbiq etmədən buraxıblar.

Makkonahi üçün bu, məşhurluğunun yolda onu çətin vəziyyətdən xilas etdiyi ilk hadisə olmayıb. Aktyor eyni müsahibədə filmlərinin sürət həddini aşdığına görə aldığı cərimələrdən də bir neçə dəfə yaxa qurtarmasına kömək etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO