Pop-diva Madonnanın Dünya Çempionatının açılış və ya final matçının fasiləsindəki çıxışı ilə bağlı irəli sürdüyü tələblər FİFA rəsmiləri arasında ciddi narazılığa səbəb olub.
Bizim.Media xəbər verir ki, "RadarOnline.com" mənbələrə istinadən xəbər verir ki, müğənninin yüksək tələbləri qarşısında təşkilatçılar çıxılmaz vəziyyətdə qalıblar.
Məlumata görə, pop-musiqi kraliçası şounun bütün yaradıcı prosesinə tam nəzarət etmək istəyir. O, mürəkkəb və xüsusi dizaynlı dekorasiyalar, sutkaboyu davam edən məşqlər, ən yüksək səviyyəli təhlükəsizlik və "astronomik" adlandırılan büdcə tələb edir.
İnsayderlərin sözlərinə görə, FİFA-da onun iş prinsipinin nə qədər sərt olduğunu əvvəlcədən düzgün qiymətləndirməyiblər: "Madonna bu çıxışına özünün qlobal səhnəyə qayıdışı kimi baxır. FİFA rəsmiləri bu "baş ağrısı"na dözməyə hazırdırlar, çünki dünyada heç bir sənətçi bu performansı onun kimi nəhəng bir media hadisəsinə çevirə bilməz".
Bütün çətinliklərə baxmayaraq, FİFA rəhbərliyi Madonnanın bu şounu dünya miqyasında ən böyük hadisəyə çevirəcəyinə əmindir və məhz bu səbəbdən onun "kaprizlərinə" göz yummağa məcburdur.
Bizim.Media



































































































