Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

Hazırda oxunan: Trampın gəlini Amerika günü şərəfinə FOTOLARINI paylaşdı

623529

Ağ Evin rəhbəri Donald Trampın 43 yaşlı gəlini Lara Tramp ABŞ-ın müstəqillik günü – 4 iyul şənlikləri zamanı çəkdirdiyi fotoları "Instagram" hesabında paylaşıb.

Bizim.Media xəbər verir ki, hovuz kənarında dostları ilə əylənən Lara Trampın "Frankie's Bikinis" brendinə məxsus 195 dollarlıq qırmızı-ağ rəngli, ürək naxışlı və noxudlu bikinidəki görüntüsü izləyicilərin diqqətini xüsusilə cəlb edib.

O, çimərlik obrazını şarmlarla bəzədilmiş ağ sandallar və üzərində "Trump 2028" yazısı olan qırmızı beyysbolka ilə tamamlayıb.
 

Laranın 2,7 milyonluq izləyici kütləsi onun idmançı fizikasını və "relyefli" qarın əzələlərini yüksək qiymətləndirərək, onu "motivasiya mənbəyi" adlandırıb.


Qeyd edək ki, bu, Laranın fiziki forması ilə bağlı müzakirə olunan ilk hadisə deyil. Ötən ayın sonlarında o, öz brendinə məxsus "USA" yazılı qırmızı qısa topda (krop-top) verdiyi pozalarla da bənzər marağa səbəb olmuş, hətta bəzi izləyicilər onun əzələli qollarının gerçəkliyindən şübhələnərək fotoların süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını soruşmuşdular.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO