Kadir İnanır VƏFAT ETDİ

Kadir İnanır VƏFAT ETDİ

Hazırda oxunan: Kadir İnanır VƏFAT ETDİ
621739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə kino və televiziya dünyasının nəhəng sənətkarı, tanınmış aktyor Kadir İnanır dünyasını   dəyişib.

Bizim.Media xəbər verir ki, mayın 14-də səhhəti pisləşən Kadir İnanırın müalicə olunduğu xəstəxanada sətəlcəm (pnevmoniya) fonunda tənəffüs çatışmazlığından əziyyət çəkdiyi açıqlanmışdı.

Usta sənətkar 43 günlük yaşam mübarizəsindən sonra bu gün həyata gözlərini yumub.

Türkiyə kinosunun əfsanəvi isimlərindən olan Kadir İnanır 15 aprel 1949-cu ildə Fatsada dünyaya gəlib. 14 uşaqlı böyük bir ailənin ən kiçik üzvü olan İnanırın aktyorluq istedadı hələ ibtidai sinif illərində, məktəb tədbirlərində çıxış edərkən diqqət çəkib.
 

Təhsil həyatına İstanbulda davam edən İnanır, internat tipli Heydərpaşa Liseyindən məzun olub. Sənət fəaliyyətinə erkən başlaması səbəbindən təhsilinə fasilə versə də, illər sonra Marmara Universitetinin Kommunikasiya Fakültəsinin Radio, Televiziya və Kino kafedrasını bitirib.


Sənət dünyasına dövrün məşhur fotoromanları ilə qədəm qoyan Kadir İnanır qısa müddət sonra "Yeşilçam"a keçid edib. İlk peşəkar kino təcrübəsini "Son Yedi Adım Sonra" filmi ilə qazanan usta aktyor canlandırdığı güclü və xarizmatik personajlarla türk kinosunda özünəməxsus yer tutub.

İnanırın karyerasındakı ən mühüm dönüş nöqtələrindən biri Türkan Şoray ilə baş rolları paylaşdığı "Selvi Boylum Al Yazmalım" filmi olub. Onun bu filmdə canlandırdığı İlyas obrazı tamaşaçıların yaddaşına əbədi həkk olunub

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO