Vida tortu kəsildi - Məşhur serialda ayrılıq...

Vida tortu kəsildi - Məşhur serialda ayrılıq...

Hazırda oxunan: Vida tortu kəsildi - Məşhur serialda ayrılıq...
615621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Uzak Şehir" serialında Demir Baybars obrazını canlandıran Ferit Kaya layihədən ayrılır.

Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, aktyor mövsüm finalından sonra seriala vida edəcək. Bildirilib ki, çəkiliş heyəti Ferit Kaya üçün xüsusi vida mərasimi təşkil edib və aktyora tort kəsilib.

Serialda sərt xarakterlərdən biri kimi tanınan Demir Baybars xüsusilə Albora ailəsi ilə yaşadığı qarşıdurmalarla diqqət çəkirdi.

Ferit Kaya sosial şəbəkə hesabında da “Sənin üçün darıxacağam, Demir Baybars” paylaşımı edib.

Baş rollarında Ozan Akbaba və Sinem Ünsalın yer aldığı serialın 63-cü bölümdə mövsüm finalı edəcəyi bildirilib. Layihə iyunun 1-dən etibarən yay fasiləsinə çıxacaq.

Məlumata əsasən, serialda Boran obrazını canlandıran Burç Kümbetlioğlu və Şahin rolunda çıxış edən Alper Çankaya da mövsüm sonunda heyətlə vidalaşacaq.

Qeyd edək ki, “Uzak Şehir” 2017-ci ildə yayımlanan Livan istehsalı Al Hayba serialının Türkiyə adaptasiyasıdır. Serialın süjeti həyat yoldaşının ölümündən sonra Kanadadan Mardinə gələn Alya Alboranın yaşadığı hadisələr ətrafında qurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO