Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Hazırda oxunan: Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

610221

Xalq artisti Röya Ayxan və ifaçı Əkbər Əliyev tərəfindən ifa olunan “Ay qız” mahnısı yutub platformasından silinib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, buna səbəb mahnının plagiat olmasının iddia edilməsidir.

Xalq artistinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, sözügedən əsər orijinal kontentdir və müəllif hüquqları tam şəkildə qanuni əsaslarla qorunur:

“Mahnının “TikTok” və instaqram platformalarında sürətlə yayılması və trendə çevrilməsi dinləyicilər tərəfindən böyük maraqla qarşılandığını bir daha təsdiqləyir.

Hazırda əsassız şikayət səbəbilə video yutub platformasından müvəqqəti olaraq silinib. Bununla əlaqədar tərəfimizdən rəsmi qaydada kontr-notifikasiya (əks-bildiriş) təqdim olunub.
 

Qanunvericiliyə uyğun prosedurlara əsasən, yaxın günlərdə videonun bərpası gözlənilir. Yutubun qaydalarına uyğun olaraq, bu müddətin tamamlanmasını gözləmək məcburiyyətindəyik.


Qeyd edirik ki, şikayət edən tərəfin bu əsər üzərində hər hansı hüquqi əsası yoxdur və biz bu mövqedə qətiyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO