Kristina Aqilera Breakthrough Prize Ceremony mərasiminin ən çox müzakirə olunan qonaqlarından birinə çevrilib. O, qırmızı xalçada kameralərin diqqətini dərhal cəlb edən təsirli obrazda görünüb.
Bizim.Media xəbər verir ki, 45 yaşlı müğənni Santa-Monikadakı tədbirə dərin sinə dekolteli və bədənə kip oturan, nəzərəçarpacaq dərəcədə dəyişmiş fiqurunu vurğulayan qara dəri libasda gəlib.
Mediada yayılan məlumatlara görə, sənətçi son illərdə təxminən 50 funt, yəni 22-23 kiloqram çəki atıb və bu da gecənin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Sosial şəbəkələrdə pərəstişkarları onun görünüşündəki bu dəyişimin mümkün səbəbləri ilə bağlı yenidən müzakirələr aparıblar. Bununla belə, Aqilera heç vaxt açıq şəkildə arıqlamaq üçün hər hansı dərman vasitəsindən istifadə etdiyini təsdiqləməyib.
Tədbirdə müğənnini nişanlısı Metyu Ratler müşayiət edib. Cütlük bir-birini tamamlayan qara obrazlar seçib: Ratler klassik kostyumda, Aqilera isə dəri korsetli və axarlı ətəkli daha cəsarətli, qlamur üslubda görünüb.
Çox vaxt “elmin Oskarı” adlandırılan Breakthrough Prize Ceremony hər il şou-biznes ulduzlarını və dünyanın aparıcı alimlərini bir araya gətirir.
Tədbir elm və texnologiyanın inkişafına təsir göstərən kəşflərə imza atan tədqiqatçıların mükafatlandırılmasına həsr olunur.



Bizim.Media


































































































