Aygün Kazımova silahlı hücum nəticəsində konserti təxirə düşən Röyadan YAZDI - FOTO

Aygün Kazımova silahlı hücum nəticəsində konserti təxirə düşən Röyadan YAZDI - FOTO

Hazırda oxunan: Aygün Kazımova silahlı hücum nəticəsində konserti təxirə düşən Röyadan YAZDI - FOTO

183885

Xalq artisti Aygün Kazımova ötən axşam Moskvada “Crocus City Hall” konsert mərkəzində baş verən dəhşətli terrorla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi dünyasını dəyişənlərin ailələrinə sosial şəbəkə hesabı vasitəsi ilə baş sağlığı verib: 

“Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailəsinə Allahdan səbr, yaralıların tezliklə sağalmalarını diləyirəm. Allah Rusiyada yaşayan, çalışan bütün həmvətənlərimizi qorusun. Dostum Eminə bu çətin anlarda səbr diləyirəm. Yaşadıqlarının nə qədər ağır olduğunu anlayıram. Ümid edirəm ki, tezliklə günahkarlar öz cəzasını alacaqlar”.  

Kazımova həmkarı, xalq artisti Röya Ayxanın konsertinin təxirə düşməsi ilə bağlı isə bunları yazıb:  

“Ötən gün “Vegas City Hall”da çıxış etmək üçün yol alan həmkarım Röyaya çox keçmiş olsun. Şükürlər olsun, həmvətənlilərimiz sağ və salamatdırlar. Dünyamız sağ-salamat olsun, Amin”  


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO