Hüseyn Həsənovdan Bakının mərkəzində limon satan yaşlı kişiyə JEST - VİDEO  

Hüseyn Həsənovdan Bakının mərkəzində limon satan yaşlı kişiyə JEST - VİDEO  

Hazırda oxunan: Hüseyn Həsənovdan Bakının mərkəzində limon satan yaşlı kişiyə JEST - VİDEO  

166694

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov təqdirəlayiq addımı ilə diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, Bakıda olan bloger İçərişəhər ərazisində yerləşən restoranların birində nahar zamanı küçədə limon satan yaşlı kişiyə jest edib. 

Həsənov kişiyə yaxınlaşaraq onunla söhbətləşib və satdığı bütün limonları alıb. Bunun müqabilində ona 100 dollar (təxminən 170 manat) pul verib. Hüseyn həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşaraq yaşlı insanlara qayğı və nəzakətli davranış göstərməyə səsləyib. 
Qeyd edək ki, bu, H.Həsənovun ilk təqdirəlayiq addımı deyil. Belə ki, bloger həm Moskvada, həm də Bakıda olduğu zaman küçədə yaşlı və kimsəsiz insanlara müxtəlif yardımlar edir. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO