Ayan Nadiri “Instagram”da izləmədən buna görə ÇIXARIB – VİDEO 

Hazırda oxunan: Ayan Nadiri “Instagram”da izləmədən buna görə ÇIXARIB – VİDEO 

166461

Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadəni “Instagram” sosial şəbəkə hesabında izləmədən çıxarmasına aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb. 

Ayan sözügedən məsələni belə nəql edib: 

“Bəli, mən Nadiri izləmədən çıxarmışam. “Instagram”da ki, səhifəmə gec-gec daxil oluram və gec-gec paylaşımlar edirəm. Zaman var idi ki, Nadir “Instagram”da çox insanları izləyirdi, amma məni izləmirdi. Mən Nadirlə “Instagram”da dost olmamışam.

Hər kəsin öz yeri var. Onun səhifəsinə baxıb görürəm ki, toy və məclislərdən daha çox paylaşım edirlər. Amma bu onun paylaşımlarını bəyənməmək anlamına gəlmir. “Instagram”da izlədiyim daha çox xanımlar və dəblə bağlı səhifələrdir. İstəyirəm ki, onların paylaşımları mənim səhifəmdə daha çox önə çıxsın.
Nadiri “Instagram”dan çıxarmağımın başqa heç bir səbəbi yoxdur. Nadir mənim duet ortağımdır və biz həmkarıq. Görürəm ki, mənim də paylaşdıqlarım ona maraqlı deyil və bəyənmə (like) qoymur. Onun məni izləməsi isə çox yaxşıdır, qoy izləsin. Zaman var idi, mən də onu izləyirdim”. Nadirin “Rihanna məni izləmədən çıxarsa, sevinərəm. Çünki ən azından o, Rihannadır” atmacasına isə Ayan “Axı, sən Rihannanın yaşadığı ölkədə yaşamırsan... Nadir, biz burada yaşayırıq. Mən Nadiri qəzəblə izləmədən çıxarmamışam” reaksiyasını verib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO