Zenfira həyat yoldaşını “Instagram”da buna görə İZLƏMİR – VİDEO 

Hazırda oxunan: Zenfira həyat yoldaşını “Instagram”da buna görə İZLƏMİR – VİDEO 

164618

Müğənni Zenfira İbrahimova fitnes məşqçi, həyat yoldaşı Anar Heybətovla bağlı verdiyi açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində əri Anarı “Instagram” sosial şəbəkə hesabında izləmədiyini bildirib. 

Zenfira bu addımının izahını belə verib: 

“Biz bir-birimizi “Instagram”da izləmirik. Çünki sahələrimiz ayrıdır. Mən şou-biznes, Anar isə idman... Anarı izləyənlər isə idman, avtomobil və şəxsi biznesi ilə əlaqədar insanlardır. Mənim onu izləməm xoşagəlməz olar. Mən isə şou-biznes nümayəndələrini izləyirəm. Məsələn Anar və mən oğlumuz İbrahimi izləsək də, amma o bizi izləmir.

Bu qanunu da əvvəldən qoymuşuq. Bunu nəyəsə xatir də etmirik. Ərimin səhifəsində idman edən oğlanları görmək məcburiyyətində deyiləm. O nöqtəyi-nəzərdən istəmirəm ki, nə o məni, nə də ki mən onu izləyim. Burada qısqanclıqdan da söhbət gedə bilməz. Harada sevgi varsa, orada da qısqanclıq var. Xahiş edirəm, ailə məsələlərindən danışmayaq”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO