Ayan duet ortağı Nadiri “Instagram”da izləmədən çıxardı – VİDEO 

Ayan duet ortağı Nadiri “Instagram”da izləmədən çıxardı – VİDEO 

Hazırda oxunan: Ayan duet ortağı Nadiri “Instagram”da izləmədən çıxardı – VİDEO 
164144
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Duet ortaqları olan Ayan Babakişiyevanın həmkarı Nadir Qafarzadəni “Instagram” sosial şəbəkədə izləmədiyi üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bu məsələ Nadirin “10-da görüşək” səhər verilişində qonaq olduğu zaman bəlli olub. 

Nadir “Mənim Ayanla münasibətlərim çox yaxşıdır. Onu “Instagram”da da izləyirəm. Yəgin ki, o da məni izləyir” sözlərini dilə gətirib. Buna cavab olaraq isə proqramın aparıcısı Samir Bayramlı “Ayan sizi “Instagram”da izləmir” deyib. 
Qafarzadə isə aparıcıya “Mənim sosial şəbəkədə izlədiyim 39 nəfərin içərisində Ayan da var. Məni izləmirsə, Allah canını sağ etsin. Ayan ulduzdur (gülür). O niyə məni izləməlidir ki? Əsas odur ki, mən onu izləyirəm. Əsas da budur. Mən onu izləmədən çıxarmaram. Misal üçün Aygün Kazımova heç kimi izləmir, amma mən onu izləyirəm. Əsas ürəyin olmasıdır.

İzləmək kimi məsələlər boş şeylərdir. Rihanna məni izləmədən çıxarsa, sevinərəm. Çünki ən azından o, Rihannadır” cavabını verib. 

Qeyd edək ki, Nadir və Ayan silsilə duet mahnılar yazdırıb, onlara kliplər də çəkdiriblər. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO