Martda Bakı tamaşaçılarını COŞDURACAQ MƏŞHURLAR - SİYAHI

Martda Bakı tamaşaçılarını COŞDURACAQ MƏŞHURLAR - SİYAHI

Hazırda oxunan: Martda Bakı tamaşaçılarını COŞDURACAQ MƏŞHURLAR - SİYAHI

122151

Paytaxtımıza məşhur müğənnilərin axını davam edir.

Bizim.Media “İticket.az” platformasına istinadən bir sıra pop ulduzlarının mart ayında Bakıda baş tutacaq konsertlərinin tarixini təqdim edir:

Rumıniyanın məşhur pop qrupu “Akcent” martın 4-ü, ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Saat 20:00-da başlanacaq musiqi gecəsinə satılan biletlərin qiyməti 20-180 manatı civarındadır.

8 Mart tarixində şəhərimizin məşhur “Elektra Events Hall”da  fransalı müğənni Willy William, Dj Kənan Drums və müğənni Aiselin iştirakı ilə möhtəşəm konsert baş tutacaq. Gecəyə satılan biletlərin məbləği isə 20-200 manat arasındadır.
Ölkəsini 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Everyway That I Can” mahnısı ilə birinci yerin qalibi olan Türkiyənin güclü səslərindən biri olan müğənni Sertap Erener martın 9-da “Bakı Konqres Mərkəzi”ndə canlı solo konsert proqramı ilə çıxış edəcək.

Müğənnin konsertinə satılan biletlərin qiyməti isə 10-250 manat dəyərində dəyişir. Bildirilib ki, sənətçi konsertdən əldə etdiyi qazancın bir qismini fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkənlər üçün ianə edəcək.

5 ildən sonra həzin avazı ilə azərbaycanlı pərəştişkarlarını sevindirəcək daha bir türk pop ulduzu isə Sıla olacaq.

Beləki müğənni martın 11-də “Bakı Konqres Mərkəzi”ndə canlı ifaları və səhnə perfomansı ilə sevənləri ilə görüşəcək. Sılanın musiqi ziyafətində iştirak edəcək tamaşaçılar 55 -450 manat aralığında müəyyənləşən biletləri almalıdır.

Son günlər yardımsevərliyi ilə adından söz etdirən və 17 il ayrılıqdan sonra türk estradasının ulduzu Mahsun Kırmızıgül şəhərimizin qonağı olacaq. Sənətçi martın 12-də “Bakı Konqres Mərkəzi”ndə canlı solo konserti ilə çıxış edəcək.

M.Kırmızıgülün avazını eşitmək istəyən tamaşaçılar 55-550 manat civarında dəyişən biletləri əldə etməlidir.

İfaları ilə gənclər arasında böyük fanat ordusu toplayan Türkiyənin məşhur “Dedublüman” pop-rok qrupu paytaxtımızın qonağı olacaq. Martın 17-də “Elektra Events Hall” da baş tutacaq musiqi dolu gecənin bilet qiymətləri 30-250 manat arasında dəyişir.
İfaları ilə tamaşaçılarının qəlbini fəth edən “Qanvest” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlan Qazaxstanlı repçi Ruslan Qominov martın 18-də  “Elektra Events Hall” çıxış edəcək. Repçinin gecəsinə satılan biletlərin qiyməti isə 45-200 manat civarındadır.

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO