“Bu, mənim Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ikinci iştirakımdır. Burada olmaq çox xoşdur”.
Bunu “Kazakhstan Temir Zholy”nin İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Bizim.Media-ya açıqlamasında deyib.
O qeyd edib ki, regionda və dünyada Azərbaycana maraq böyükdür:
"Əlbəttə, Qazaxıstan və Azərbaycandan keçən Orta Dəhlizə də böyük maraq var. Qazaxıstan özü, eləcə də digər ölkələr həm öz infrastrukturlarına, həm Azərbaycanın infrastrukturuna, həm də ümumilikdə Orta Dəhliz boyunca infrastruktura investisiya yatırırlar. Burada investisiya fondları, banklar, infrastruktur şirkətləri və bir çox digər qurumlar kimi müxtəlif iştirakçıları görürəm. Buna görə də hesab edirəm ki, bu forum regionda əməkdaşlıq etmək, müzakirələr aparmaq, gələcək ideyaları və investisiyaları müzakirə etmək üçün yaxşı bir məkandır".
Fəridə, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:05 / 25.09.2026
Qazaxıstan rəsmisi: “Dünyada və regionda Azərbaycana maraq böyükdür” – ÖZƏL
Hazırda oxunan: Qazaxıstan rəsmisi: “Dünyada və regionda Azərbaycana maraq böyükdür” – ÖZƏL
Hazırda oxunan: Qazaxıstan rəsmisi: “Dünyada və regionda Azərbaycana maraq böyükdür” – ÖZƏL
638733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































