Kriptovalyutalarla bağlı SƏRT QADAĞALAR – “Bitcoin” dövrü SONA ÇATIR?

Kriptovalyutalarla bağlı SƏRT QADAĞALAR – “Bitcoin” dövrü SONA ÇATIR?

Hazırda oxunan: Kriptovalyutalarla bağlı SƏRT QADAĞALAR – “Bitcoin” dövrü SONA ÇATIR?

622656

Son 24 saatda kriptovalyuta bazarında əsas aktivlərdə eniş davam edib.

Bazarın ümumi kapitallaşması 0,39% azalaraq 2,05 trilyon dollara düşüb. Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,43% ucuzlaşaraq 59 145,55 dollara enib.

Ethereum isə əks istiqamətdə hərəkət edərək 0,54% bahalaşıb və 1 591,59 dollardan ticarət olunub. BNB-nin qiyməti sutka ərzində 0,38% azalaraq 550,33 dollara düşüb.

Bitcoinin rekord səviyyədə ucuzlaşması maraq doğurur. Növbəti həftələrdə də ucuzlama tendensiyasının davam edəcəyi proqnozlaşdırılır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Bitcoin və digər coinlərin arxasında heç bir iqtisadi güc dayanmır:

“Onlar xəbər axınına və siyasi bəyanatlara hesablanmış alver alətidir. Son zamanlar Yaxın Şərqdəki nisbi sabitlik və səslənən nikbin bəyanatlar kriptovalyuta bazarına ciddi şəkildə təsir edib. Mən hesab edirəm ki, Bitcoin mənasız bir alver aktividir. Ona görə də dünyada Bitcoin və digər coinlər barədə requlyativ aktlar sərtləşir. Sərtləşdikcə də qiymətlər aşağı düşür.

Nəzərə alaq ki, Bitcoinin özəlliyi anonimliyində idi. İndi ölkələr onun anonim qalmasını istəmirlər.

Hətta Avropa Birliyi coinlərlə bağlı əməliyyatların dayandırılmasını tələb edir. Çünki Rusiya anonimlik vasitəsilə sanksiyalardan yan keçir. Ona görə də kriptovalyuta sistemini tənəzzül davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO