Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK

Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK

Hazırda oxunan: Maliyyə icarəsi ödənişləri bu qaydada EDİLƏCƏK

608640

Maliyyə icarəsi obyektinin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən vergi və gömrük rüsumları, həmçinin maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, maliyyə icarəsi obyektinin çatdırılması və istismara verilməsi ilə bağlı digər xərclər maliyyə icarəsi ödənişlərinin ümumi məbləğinə daxildir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əks olunub.
 

Həmçinin, maliyyə icarəsi ödənişlərinin ümumi məbləğinə maliyyə icarəsinin maliyyələşdirilməsi üçün cəlb olunmuş vəsait üzrə ödənilən faizlər (haqlar), icarəyə verənin maliyyə icarəsindən gözlədiyi gəlir, maliyyə icarəsi obyekti icarəyə verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, icarəyə verənin göstərdiyi əlavə xidmətlərə görə haqq (belə xidmətlərin göstərilməsi maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduqda), icarəyə verənin maliyyə icarəsi müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı digər xərclər daxil edilir.


Sənədə görə, maliyyə icarəsi ödənişlərinin məbləği və ödənilmə qaydası bu Qanunun tələbləri nəzərə alınmaqla lizinq müqaviləsində müəyyən edilir.

İcarəçinin maliyyə icarəsi ödənişlərinin edilməsi ilə bağlı vəzifələri, maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, icarəçinin maliyyə icarəsi obyektinə sahibliyə başladığı vaxtdan qüvvəyə minir. Maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi ödənişlərinin həyata keçirilməsinə maliyyə icarəsi obyektindən istifadə hüququ yarandığı vaxtdan 180 (yüz səksən) gün keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. Maliyyə icarəsi ödənişləri bilavasitə icarəyə verənin hesabına köçürülür (bu Qanunun 8.1.4-cü maddəsinə uyğun olaraq, icarəyə verən tərəfindən maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqların güzəşt edilməsi halları istisna olmaqla).

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO