“Qara cümə”də neçə milyard pul xərclənəcək? - PROQNOZLAR

Hazırda oxunan: “Qara cümə”də neçə milyard pul xərclənəcək? - PROQNOZLAR

47798

Bu gün dünyada ən böyük “Qara cümə” olacaq.

Bizim.Media BBC-yə istinadən bildirir ki, bu barədə rəyə qlobal təşkilat olan “PWC”-nin analitikləri gəliblər. 

Mütəxəssislərin fikrincə, alıcılar  bu il daha çox pul xərcləməyə hazırlaşırlar.

Lakin onlara satışlarda səxavətli endirimlərin olmayacağı və bəzi məhsullarda çatışmazlıqların yarana biləcəyi barədə xəbərdarlıq edilib.

“PWC” analitikləri Böyük Britaniya 8,7 milyard funt-sterlinq xərclənəcəyini proqnozlaşdırıblar. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur. Pandemiyadan əvvəl, 2019-cu ilin “Qara cümə”sində isə 7,8 milyard funt-sterlinq xərclənmişdi.

Ölkədə böyüklərin təxminən 60%-nin, hər birinin orta hesabla 280 funt sterlinq xərcləyərək, alış-veriş edəcəyi gözlənilir.

Bununla belə, bəzi böyük brendlərin endirimdən yayındığı və təklif olunan məhsulların keyfiyyəti ilə bağlı sualların yarandığı qeyd olunur.

ABŞ-da başlayan “Qara cümə” günündə də pərakəndə satıcıların Milad bayramı ərəfəsində alıcıları şirnikləndirmək üçün qiymətləri aşağı saldığı müşahidə olunub. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO