BTC ilə bu il 20 milyon tonadək neft nəql edilib - FOTO

BTC ilə bu il 20 milyon tonadək neft nəql edilib - FOTO

Hazırda oxunan: BTC ilə bu il 20 milyon tonadək neft nəql edilib - FOTO
42290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 26 170,6 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,53% azdır.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqletmənin 74,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, yanvar-sentyabr aylarında kəmər vasitəsilə 19 566,4 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5% az).

Hesabat dövrü ərzində BTC kəməri ilə 2 522,1 min ton tranzit nefti də (17,4% az) nəql edilib.
 

Qeyd edək ki, BTC-nin ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.


"BTC Co."nun səhmdarları BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləridir.

Bizim.Media

BTC ilə bu il 20 milyon tonadək neft nəql edilib - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO