Neft qiymətləri daha da artacaq – Təhlükəli dövrə qədəm qoyuruq

Hazırda oxunan: Neft qiymətləri daha da artacaq – Təhlükəli dövrə qədəm qoyuruq

24251

“Yaxın aylarda neft qiymətləri artmaqda davam edəcək. İlk görünüşdə bu çox cəlbedicidir”.

Bizim.Media xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev sosial şəbəkə hesabında bildirib. 

O, bildirib ki, OPEC tədqiqat qrupunun proqnozuna görə, cari ilin 3-cü rübündə gündəlik neftə olan qlobal təlabat 97,9 mln.barel. təşkil edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Neft yenidən bahalaşdı


“Lakin OPEC+ alyansı artan neft tələbini qarşılayan tədarük tədbiri haqqında məlumat vermir. Hazırda bazar konsensusu neft tələbinin 2021-ci ilin ikinci yarısında təklifi üstələyəcəyinə dair narahatlığa yönəlib. Əlbətdə ki, yay mövsümünün daxil olması ilə əlaqədar bir tələb artımı müşahidə edilməkdədir.

OPEC + vəziyyətə uyğun olaraq, bazara lazımi fiziki həcmlər çıxarmasa, yaxın aylarda neft qiymətləri artmaqda davam edəcəkdir”.

Ekspert bldirir ki, neft qiymətinin bir  barelinin 70 dollardan yuxarı olması, neft idxal edən dövlətlər üçün əlavə yükün fomalaşmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində iqtisadi dirçəliş perspektivlərini təhdid altına ala bilər: 

“Bütün hallarda süni qiymət artımı, kövrək fiziki bazarların əleyhinə işləyir. OPEC+ alyansının hazırda əsas vəzifəsi, neftin itmiş ağırlıq mərkəzini bərpa etməkdir”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO