Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN 

Hazırda oxunan: Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN 

188802

Xəbər verdiyimiz kimi alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir və icazə sistemi təkmilləşdirilir. Bu, Milli Məclisin müzakirəsinə çıxarılan “Qida təhlükəsizliyi haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək. 

Bu qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılmasını təmin etməlidirlər. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv ediləcək.

Bəs, qanunvericilikdə baş verən bu dəyişiklik bazardakı qiymətlərə necə təsir edəcək?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media açıqlamasında bildirib ki, qanunvericiliyə ediləcək dəyişikliklə qaydalar sərtləşdirilir:

“Qaydalar sərtləşdirilirsə, təbii ki, qiymətlər də artacaq. Onsuz da ənənəvi olaraq spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən vergilər ilbəil artır. Qanunvericiliyə ediləcək növbəti düzəliş də yeni qiymət artımına zəmin yaradacaq. Yəqin ki, yeni qaydalar qüvvəyə minəndən sonra qiymətlərdə əsaslı dəyişiklik görəcəyik”.

Natiq Cəfərli indiki halda bir məsələdə diqqətli olmağı vacib saydı:

“Qiymətlərin kəskin artımı evlərdə kustar üsulu ilə spirtli içkilər istehsalına yenidən yol aça bilər. Məlumdur qeyri-sənaye yolu ilə istehsal edilən spirtli içkilər insan sağlamlığına ciddi təhlükə yaradır. Son illər spirtli içkilərin qiyməti əlçatan idi. Ona görə də qeyri-leqal istehsal çökmüşdü. Amma qiymətlərdə baş verə biləcək istənilən artım “qara bazarı” yenidən ayağa qaldıracaq”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO