Azərbaycan neçə ölkə ilə ticarət əməliyyatları aparıb?

Azərbaycan neçə ölkə ilə ticarət əməliyyatları aparıb?

Hazırda oxunan: Azərbaycan neçə ölkə ilə ticarət əməliyyatları aparıb?

183569

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 138 xarici ölkə ilə ticarət əməliyyatları aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 ölkə və yaxud 11% azdır.

Xatırladaq ki, 2 ay ərzində Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 1 il əvvələ nisbətən 0,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb. Son nəticədə xarici ticarətdə 2 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24,8 % çoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO