Azərbaycanın Türk Dövlətləri Təşkilatının ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dolları ötdü

Hazırda oxunan: Azərbaycanın Türk Dövlətləri Təşkilatının ölkələri ilə ticarət dövriyyəsi 8 milyard dolları ötdü

179058

2023-cü il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr ilə ticarət dövriyyəsi 8 mlrd. 208.4 mln. ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda yer alıb.

Mənbə yazır ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 23.7% və ya 1 mlrd. 573,7 milyon ABŞ dolları artıb. 2022-ci ildə ölkənin TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi 6 milyard 634.7 milyon dollar təşkil edib.

Hesabat dövründə TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16%-nə bərəbər olub.

Qeyd edək ki, ötən il Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 31% artaraq 7 milyard 650.6 milyon dollara, Qırğızıstanla ticarət dövriyyəsi 6 dəfə artaraq 64.9 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 47.5% azalaraq 314.1 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2.5% azalaraq 178.8 milyon dolara bərabər olub.

2023-cü ildə Azərbaycandan Türkiyəyə 783.9 milyon dollar, Qazaxıstana 95 milyon dollar, Qırğızıstana 59.3 milyon dollar, Özbəkistanda isə 44 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO