Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR: Vəsaitin həcmi artırılır 

Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR: Vəsaitin həcmi artırılır 

Hazırda oxunan: Sosial müavinət və təqaüd alanlara ŞAD XƏBƏR: Vəsaitin həcmi artırılır 

162496

Gələn il sosial müdafiə və sosial təminat xərclərindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, əlilliyə, sağlamlıq imkanları məhdudluğa, ailə başçısının itirməyə, digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsinə 1738,5 milyon manat vəsait ayrılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

600 manat müavinətin verilməsinə BAŞLANILIR - Necə almaq olar?


Yeni layihəyə əsasən, ünvanlı dövlət sosial yardımların verilməsinə 457,3 milyon manat (2023-cü il ilə nisbətən 179,5 milyon manat və ya 64,6 faiz çox), “Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işləri ilə bağlı xərclər üçün 285,8 milyon manat (2023-cü il ilə müqayisədə 20,0 milyon manat və ya 7,5 faiz çox) vəsait proqnozlaşdırılıb. 

Qeyd edək ki, bu məbləğ 2023-cü il ilə nisbətən 301,0 milyon manat və ya 17,3 faiz çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO