Azərbaycan bu il 7,2 milyard dollarlıq xam neft İXRAC EDİB – RƏSMİ  

Azərbaycan bu il 7,2 milyard dollarlıq xam neft İXRAC EDİB – RƏSMİ  

Hazırda oxunan: Azərbaycan bu il 7,2 milyard dollarlıq xam neft İXRAC EDİB – RƏSMİ  

141776

Dövlət Gömrük Komitəsi bu ilin beş ayı ərzində Azərbaycanın xam neft ixrac etdiyi dövlətlərin siyahısını dərc edib.  

Bizim.Media xəbər verir ki, yanvar-may aylarında 18 ölkəyə ümumilikdə 11 milyon 752 min 575.69 ton həcmində və 7 milyard 220 milyon 253.42 min dollar dəyərində xam neft ixrac edib.  

Ötən ilin eyni dövründə isə bu ixracın ümumi həcmi 11 milyon 383 min 684.99 ton, dəyəri isə 8 milyard 058 milyon 720.31 min dollar səviyyəsində olub.

Burdan da aydın olur ki, bir il ərzində ixracın həcmində 368 min 890,7 ton və ya 3,14 artım, dəyərində isə 838 milyon 466,89 min dollar və ya 10,41 faiz azalma baş verib.  

Bu ölkələr sırasında İtaliya Respublikası birinci yerdə dayanır. Belə ki, cari dövrdə bu ölkəyə 4 milyon 595 min  738.70 ton xam neft ixrac olunub ki, bunun da maliyyə dəyəri 2 milyard 840 milyon 446.67 min dollar təşkil edib.  

İkinci pillədə İspaniya dayanıb. Belə ki, cari dövrdə bu ölkəyə həcmin 1 milyon 017 min 351.02 ton xam neft ixrac olunub ki, bunun da dəyəri 644 milyon 665.26 min dollar təşkil edib.  

Üçüncü pillədə yer tutan dövlət isə İsrail olub ki, Azərbaycandan buraya 1 milyon 021 min 518.33 ton həcmində və 631 milyon 333.05 min dollar dəyərində xam nefr ixrac olunub.
Dördüncü pillədə isə Hindistan dayanıb. Bu ölkəyə göndərilən xam neftin həcmi 1 milyon 027 min 221.27 ton, dəyəri isə 610 milyon  361.61 min dollardır.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO