“Qarabağ” Avropada 2 pillə irəliləyib

“Qarabağ” Avropada 2 pillə irəliləyib

Hazırda oxunan: “Qarabağ” Avropada 2 pillə irəliləyib
98105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonra top komandalarının reytinqi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, cədvəldə Avropanın 438 ən güclü klubu yer alıb. 

Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 211 xala malikdir. Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 4 vahid artırıb. 

Ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. “Qarabağ” hazırda Avropanın 77-cisidir. 

Digər klublarımız “100-lük”dən uzaq qərarlaşıb. “Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 380-cidir. Qeyd edək ki, siyahıya 2297 xala malik “Real” başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO