"Azərkeşlərin oyunçulara böyük təzyiqi var idi" - Qurban Qurbanov  

Hazırda oxunan: "Azərkeşlərin oyunçulara böyük təzyiqi var idi" - Qurban Qurbanov  
97898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Televiziya qarşısında fərqli görünə bilərdi, amma canlı tam başqa idi. Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu". 

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III oyunundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 

50 yaşlı mütəxəssis təzyiqlərə baxmayaraq, oyunçuların çox peşəkar və soyuqqanlı olduğunu bildirib:

"Matçın sonlarınadək özlərini düzgün idarə edə bildilər. Bu, çox önəmli idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlı davranmaq istəyir".

Qurbanov vacib qarşılaşmada dəyərli üç xal qazandıqlarını söyləyib:

"Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Rəqibin xalı yox idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO