8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır - FOTO

8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır - FOTO

Hazırda oxunan: 8 karateçimiz Premyer Liqada mübarizəyə başlayır - FOTO
91649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakıda Karate1 Premyer Liqa turniri start götürüb. 

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq. 

Kişilərin kumite yarışında 60 kq çəki dərəcəsində Sultan Hüseynovla Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənov, 75 kq-da Fərid Ağayev tatamiyə çıxacaq. 

Qadınlardan isə İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) qüvvəsini sınayacaq. Bu gün həmçinin, qadınlar fərdi kata mübarizəsi də başlayıb. Azərbaycan həmin növdə təmsil olunmur. 
Qeyd edək ki, Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO