Bakı Şəhər Halqası media üçün seminar keçirdi - FOTO

Bakı Şəhər Halqası media üçün seminar keçirdi - FOTO

Hazırda oxunan: Bakı Şəhər Halqası media üçün seminar keçirdi - FOTO

77096

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.

Bizim.Media xəbər verir ki, seminarda 2022-ci il "Formula 1" Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi, təhlükəsizlik və COVİD-19 qaydaları haqqında məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 100-ə yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. "Formula 1" Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2022-ci il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.

Bakı şəhərinin ev sahibliyi etdiyi 2022-ci il "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq. Artıq 6-cı olan olan bu yarış ötən ildən fərqli olaraq tamaşaçıların iştirakı ilə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO