Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Hazırda oxunan: Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI
641378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, keçirilən 6 qarşılaşmada 36 qol vurulub.

“Qaradağ Lökbatan” – “Şəki” (12:0) matçında 12, “Ağdaş” – “Hypers” (1:6) qarşılaşmasında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) oyununda 6, “Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb. 

Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub.

Bu, Azərbaycan kuboku tarixinin rekordunun təkrarıdır. 1997/98 mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO