“Marsel”in idman direktoru Qreqori Lorensi klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün atılan addımlardan danışıb.
Bizim.Media xəbər verir ki, "L’Équipe"yə açıqlama verən Lorensi xərclərin optimallaşdırılması üçün futbolçularla maaşların azaldılması barədə danışıqlar apardıqlarını bildirib:
“Biz xərcləri azaltmaq üçün bütün variantları nəzərdən keçiririk. Ötən mövsümlə müqayisədə əməkdaşların sayını əhəmiyyətli dərəcədə azaltmışıq. Heç bir bəhanə axtarmaq istəmirəm, hər şeyin səmərəli işləməsini istəyirəm.
Sadəcə işçi götürmək üçün yeni insanlar cəlb etməyəcəyik. Ehtiyac yaranarsa, bunu edəcəyik. Klubda həmin işi görə biləcək əməkdaş varsa, yeni işçi götürməyəcəyik. Hər bir şöbədə xərcləri azaltmaq imkanımız varsa, bunu edirik.
Niderlandda yay hazırlığı düşərgəsinin müddətini də qısaltdıq.
Baş məşqçi ilə birlikdə 15 gün əvəzinə 5 günün kifayət etdiyinə qərar verdik. Həmçinin səfərlərə daha azsaylı heyətlə gedə bilərik".
Bizim.Media






























































































