Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

Hazırda oxunan: Dünya çempionatı: Hidayət Heydərov və daha iki cüdoçumuz mübarizəyə başlayır

640627

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin 3 üzvü bu gün mübarizəyə qoşulacaq.

Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.

Kişilərin -73 kq çəkisində Hidayət Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə üz-üzə gələcək.

Eyni çəkidə Rəşid Məmmədəliyev mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) görüşünün qalibi olacaq.

Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO