
- A-
- A
- A+
İdman
10:20 / 23.05.2023
1 dəq oxunma
“Real Madrid”in futbolçusu mövsümün sonuna qədər cəzalandırıla bilər
Hazırda oxunan: “Real Madrid”in futbolçusu mövsümün sonuna qədər cəzalandırıla bilər
640272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisyus Junior mövsümün sonuna qədər cəzalandırıla bilər.
Buna səbəb braziliyalı hücumçunun La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə kobud davranışıdır.
Qarşılaşmanın baş hakimi Rikardo de Burqos Benqoeçea onun qırmızı vərəqə aldığı 90+7-ci dəqiqədəki hərəkətini protokolda “topun meydanda olmadığı anda rəqibin üzünə vurulan zərbə, futbolçular arasında kütləvi dava” kimi qeyd edib.
İntizam məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu, 1-3 oyun müddətinə diskvalifikasiyaya anlamına gəlir. Cəzanın müddəti 3 matçlıq olsa, 23 yaşlı forvard “kral klubu”nun cari mövsümdəki son üç görüşündə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, oyun “Valensiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































