Qurban Qurbanovun konfransı Bakıda olacaq

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Hazırda oxunan: Qurban Qurbanovun konfransı Bakıda olacaq

631778

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq. 

Bizim.Media xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 19-da keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Tədbir “Azersun Arena”da təşkil olunacaq. 

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Niderlandın Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO