Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi

Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi

Hazırda oxunan: Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi

631307

İngiltərənin "Bornmut" klubunun 60 ilə yaxın komandaya xidmət edən əməkdaşla müqaviləni uzatmaması azarkeşlərin etirazına səbəb olub.

Bizim.Media xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, sözügedən əməkdaşa yeni mövsümün başlamasına cəmi iki həftə qalmış müqavilənin uzadılmayacağı barədə elektron poçtla məlumat göndərilib. 

Məktub əməkdaşın adına göndərilməyib və "Təhlükəsizlik komandası" tərəfindən imzalanıb.
 

Məlumatın sosial şəbəkələrdə yayılmasından sonra azarkeşlər klubun qərarına etiraz ediblər. "Bornmut" isə açıqlama yayaraq əməkdaşlarla ünsiyyət formasının klub standartlarına uyğun olmadığını etiraf edib və hadisə ilə bağlı həmin şəxslə şəxsən əlaqə saxlayacağını bildirib.


Qeyd edək ki, əməkdaş uzun illər ərzində matç günlərində proqramların satışı, avtomobil dayanacağında iş və digər təşkilati məsələlərin həlli ilə məşğul olub. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO