Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: I turun daha iki oyunu bu gün keçiriləcək

631224

Misli Premyer Liqasında I turun daha iki oyunu bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:30-da start götürəcək.

Günün ikinci görüşündə "Kəpəz" "Sabah"ın qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq.

Misli Premyer Liqası

I dövrə, I tur

15 avqust (şənbə)

18:30. "Araz-Naxçıvan" – "İmişli"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev

VAR: Nicat İsmayıllı

AVAR: Tərlan Talıbzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

20:45. "Sabah" – "Kəpəz"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

"Bank Respublika Arena"

Xatırladaq ki, turun açılış qarşılaşmasında "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. I turun digər matçları 16-17 avqustda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO