Konfrans Liqası: “Qarabağ” Ukrayna klubu ilə cavab oyununa çıxır

Konfrans Liqası: “Qarabağ” Ukrayna klubu ilə cavab oyununa çıxır

Hazırda oxunan: Konfrans Liqası: “Qarabağ” Ukrayna klubu ilə cavab oyununa çıxır

630873

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.

Görüş Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək. Matçın baş hakimi ingiltərəli Stüart Etuel olacaq.

Qeyd edək ki, komandalar arasında ilk oyun Polşada keçirilib və kiyevlilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu cütün qalibi Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO