Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Hazırda oxunan: Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

630065

"Trabzonspor" Məhəmməd Salahın transferini rəsmiləşdirdikdən cəmi bir neçə saat sonra mövsümü abunəlik satışında klub tarixinin rekordunu müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, indiyədək 18 min abunəlik paketi satılıb.

Bu, "Trabzonspor" tarixində ən yüksək göstəricidir.

Klubun növbəti hədəfi 25 min abunəlik paketi satmaqdır. Komandanın ev stadionu isə 41 min tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, Salahın yeni komandasında debütünü avqustun 15-də Türkiyə çempionatının ilk turunda "Kasımpaşa"ya qarşı oyunda etməsi gözlənilir. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO