"Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarıldı

"Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarıldı

Hazırda oxunan: "Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarıldı

629629

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın "Dinamo Kiyev" klubu ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edir.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, "Park Bulvar"dakı "Qarabağ" FK Fan-şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR-kodlu biletlə mümkün olacaq.

Qeyd edək ki, oyun 13 avqust saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO