Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares bildirib ki, Argentina yığmasının futbolçuları 2026-cı il dünya çempionatında qələbə qazanmağı komandanın kapitanı Lionel Messi üçün çox istəyirlər.
Bizim.Media xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, Alvares komandanın hədəfləri haqqında danışarkən bunları deyib:
"Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik. Onun üçün hər matç əsl döyüşdür".
Xatırladaq ki, 2026-cı il dünya çempionatında Argentina artıq yarımfinal mərhələsinə yüksəlib. Dörddəbir finalda İsveçrə ilə qarşılaşan Argentina əlavə vaxtda 3:1 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
İndi argentinalıları yarımfinalda çətin sınaq gözləyir — onlar iyulun 15-də İngiltərə yığması ilə üz-üzə gələcəklər.
Bizim.Media






































































































