UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Hazırda oxunan: UEFA “Qarabağ”ın oyunundan yazdı

624744

UEFA-nın rəsmi saytı Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərinin açılış oyunlarının nəticələrini şərh edərkən, “Sabah” və “Qarabağ”ın müvafiq olaraq, TNS(2:0) və "Vestri" (3:0) üzərindəki qələbələrinə də diqqət ayırıb. 

Bizim.Media xəbər verir ki, qurumun rəsmi saytı bunları yazıb:

"Ötən mövsüm ilk Azərbaycan çempionluq titulunu qazanan "Sabah" evdə Uels təmsilçisi TNS-ni 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasında ilk qələbəsi ilə yenidən tarixə düşüb.

Bu arada, "Qarabağ" Avropa Liqasına Avropa debütantı İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub etməklə başlayıb. 

Ölkəsinin ikinci divizionunda çıxış edən “Vestri” ölkə kubokundakı qələbə sayəsində avrokuboklara vəsiqə qazanıb və bu matç üçün İsafyordurdan Bakıya qədər 7000 kilometr məsafə qət etdilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO