DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

Hazırda oxunan: DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

623941

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, İsveçrə millisi Kolumbiya ilə üz-üzə gəlib. "BC Place" stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0.

Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya, Belçika və Argentina milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO