DÇ-2026: Belçika millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Belçika millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

Hazırda oxunan: DÇ-2026: Belçika millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

623688

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Bizim.Media  xəbər verir ki, Belçika və ABŞ yığmaları üz-üzə gəliblər. Sietl stadionunda oynanılan görüş avropalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. 

Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.

1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO