"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

Hazırda oxunan: "Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

622699

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandamızın qollarını Jali Muaddib və penaltidən Kadi Borges vurublar.

"Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO