Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Hazırda oxunan: Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

622433

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" komandasının düşərgəsinə gec qoşulacaq.

Bizim.Media klubun rəsmi saytına istinadla xəbər verir ki, məşqçilər heyəti 28 yaşlı hücumçuya əlavə istirahət verib.

Təcrübəli forvard iyunun əvvəlində yığma ilə təlim-məşq toplanışında olduğundan 2-ci Bundesliqa təmsilçisinin hazırlıq prosesinə gələn həftə qatılacaq.

Son vaxtlar Mahir Emrelinin “Kayzerslautern”dən ayrılacağı ilə bağlı xəbərlər yayılsa da, klubun idman direktoru Marsel Klos futbolçu ilə daha 2 illik müqavilənin qüvvədə olduğunu xatırladıb:

“Onu yaxşı tanıdığım üçün əminliklə deyə bilərəm ki, əlindən gələni edəcək. Hamımız ötən mövsümün Mahir üçün uğursuz keçdiyini gördük. Futbolçunun özü də bunu başa düşür. Əgər hər hansı başqa variant olarsa və Emreli bunu özü üçün yaxşı layihə hesab edərsə, biz müzakirələrə açığıq. Amma bir şey aydındır ki, Mahiri asanlıqla buraxmayacağıq. Bu, hər iki tərəf üçün düzgün qərar olmalıdır”.

Qeyd edək ki, Mahir Emreli 2025-ci ilin yayında “Kayzerslautern”lə 2 illik müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO